Bakı konsertinin gəlirini zərərçəkənlərə bağışlayacaqlar

11 Fevral 2023 11:04

Sertab Erener və Serdar Ortaçın təxirə düşmüş Bakı konsertinin yeni tarixi bəlli olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə "iticket" platforması məlumat paylaşıb.

Belə ki, Serdarın 19 fevralda Bakı Konqres Mərkəzində nəzərdə tutulan çıxışı 1 aprelə keçirilib. S. Erenerin 14 fevraldakı proqramı isə 9 martda Bakı Konqres Mərkəzində baş tutacaq.

Qeyd edək ki, sözügedən konsertlər Türkiyədə yaşanan faciə ilə bağlı təxirə düşüb. Hər iki ifaçı əldə olunan gəlirin bir qismini zərərçəkənlərə ianə edəcək.

Milli.Az