Onlar da canlı yayımdan 5 milyon topladı

11 Fevral 2023 14:34

Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım məqsədiylə sosial media fenomeni Cemal Can, Danla Bilic, aktrisalar Hazal Kaya, Müjde Uzman, Nurgül Yeşilçay, Ceyda Kasabalı, Beril Pozan, Farah Zeynəb Abdullah, aktyorlar Fırat Albayram, Sarp Bozkurt, Caner Topçu, Burak Can, Ismail Demirci "Babala" Tv-də canlı yayım açıblar.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onlar yayım zamanı 5 milyon lirə toplayıblar. Əldə olunan gəliri isə "Ahbap" dərnəyinə bağışlayıblar.

Qeyd edək ki, Türkiyədəki zəlzələ nəticəsində həlak olanların sayı 19 388-ə çatıb.

Milli.Az