“Real” Madrid klubu Türkiyəyə 20 mindən çox geyim dəsti göndərdi - FOTO

11 Fevral 2023 10:20

İspaniyanın "Real" Madrid klubu zəlzələdən zərər çəkənlər üçün Türkiyəyə 20 min 42 ədəd geyim dəsti göndərib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Madrid Zone" "Twitter" hesabında məlumat verilib.

Bildirilib ki, "Real" Madridin baş direktoru Xose Anxel Sançez bu təşəbbüslərə rəhbərlik edən türk agent Bayram Tutumlu ilə görüşüb.

Milli.Az