Ağ Ev təsdiqlədi: Bayden Polşaya rəsmi səfərə gəlir

11 Fevral 2023 08:54

ABŞ Prezidenti Co Bayden fevralın 20-22 tarixlərində Polşada rəsmi səfərdə olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan Pyer deyib.

"Prezident Bayden fevralın 20-dən 22-dək Polşada səfərdə olacaq. O, bu ölkənin rəhbərliyi ilə ikitərəfli əməkdaşlığımızı, həmçinin Ukraynanı dəstəkləmək və NATO-nu gücləndirmək üçün birgə səylərimizi müzakirə edəcək", - Jan-Pyer bildirib.

Milli.Az