Rusiya Moldova və Rumıniyaya hücum edə bilərmi?

11 Fevral 2023 08:52

Hazırda Rumıniya və Moldova üçün Rusiya tərəfdən hər hansı təhlükə yoxdur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

"Moldovalı partnyorlarımız və rumıniyalı müttəfiqlərimizlə sıx əlaqə saxlayırıq", - deyə Patel son zamanlar yayılan iddialarla bağlı açıqlamasında bildirib.

Milli.Az