Şakiradan zəlzələ qurbanlarına dəstək

11 Fevral 2023 08:50

Dünyaca məşhur müğənni Şakira Türkiyə və Suriyadakı zəlzələdən zərərçəkənlər üçün müraciət ünvanlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, izləyicilərindən UNICEF-ə ianə vermələrini xahiş edərək zəlzələdə həlak olanlara üzüldüyünü bildirib.

Milli.Az