Dağıntılardan tapdığı 4 milyon dollar araşdırıldı

11 Fevral 2023 07:15

Hatayda dağıntılar altından 4 milyon dollar tapılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, pulu Konya Böyükşəhər Bələdiyyəsinin əməkdaşı Mehmet Özber Uslu aşkarlayıb.

O, tapdığı 4 milyon dolları dərhal polislərə çatdırıb. Lakin sonradan polisə təhvil verilən çantadakı pulun saxta olduğu öyrənilib.

Milli.Az