Azərbaycanlı tələbələr bu binanın dağıntıları altında qalıb - VİDEO

11 Fevral 2023 06:54

Zəlzələ nəticəsində Malatyada binanın dağıntıları altında qalan azərbaycanlı tələbələrin axtarışları davam etdirilir.

Milli.Az İTV-yə istinadən xəbər verir ki, xilasedicilər həmin tələbələrin yaşadığı ikinci mərtəbəyə yaxınlaşıblar.

Məlumata görə, xilasedicilər dağıntılar altında 5 nəfərin sağ olduğunu müəyyənləşdiriblər.

Qeyd edək ki, dağıntılar altında qalan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadədir.

Milli.Az