Sumqayıt məktəbinin direktoru Türkiyədə gündəm oldu - VİDEO

10 Fevral 2023 21:33

"Trthaber" Sumqayıtda məktəb direktorunun Türkiyədəki zələzlə ilə bağlı dəstək çıxışında dair sujet yayımlayıb.

Milli.Az xəbər verir ki, süjetdə müəllimin sitatları yer alıb: "Türk bizim canımızdır, ciyərimizdir. Türkün başına gələn bəla bizim başımıza gələn bəladır. Biz Türkiyəyik".

Məktəbin direktoru Bəhseyiş Ələmsaqov İctimai TV-yə deyib:

"Heç kimin təsiri və göstərişi olmadan ürəyimin səsinə qulaq asdım. Dərhal bütün şagirdlərimi məktəbin qarşısına topladım. İstədim ki, şagirdlər ölkəmizin, xalqımızın başına gələn fəlakəti görsünlər".

Milli.Az