Masazırdakı qəzanın yeni görüntüləri - VİDEO

10 Fevral 2023 16:59

Baş Dövlət Yol Polisi İdarəsi dünən günorta saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində motosikletçinin ölümü ilə nəticələnən ağır yol qəzasının yeni görüntülərini yayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, görüntülərdən motosikletçinin diqqətsizlik səbəbindən 525 saylı marşrut xətti üzrə hərəkət edən avtobusa arxadan çırpılması və bu zaman yıxılması əks olunub. Nəticədə yolun hərəkət hissəsinə yıxılan motosikletçinin başı mişar daşı ilə dolu "Zil" markalı yük maşınının təkərinin altında qalıb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az