Yoluxanların sayı açıqlandı

10 Fevral 2023 16:33

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər ölüb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 275 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 64, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 143, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 54, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 14 nəfərdir.

Milli.Az