Braziliya İranın istəyini rədd etdi

10 Fevral 2023 18:11

Vaşinqtona səfər etməyi və Co Baydenlə görüşməyi planlaşdıran Braziliya prezidenti ABŞ-ın tələbi ilə İranın iki hərbi gəmisinin Rio-de-Janeyro limanına yan almaq istəyini rədd edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters" xəbər agentliyi məlumat yayıb.

"Braziliya Prezidenti Lula Da Silva ABŞ-ın İrana qarşı sanksiyalarının əleyhinə olsa da, Amerikaya səfəri ərəfəsində İranın tələbini rədd etmək qərarına gəlib", - məlumatda deyilib.

Milli.Az