Vaşinqtondan ermənilərə cavab: Bizdən nə istəyirsiniz?

10 Fevral 2023 16:31

Mən Vaşinqtonda Xankəndinin "blokadası" ilə bağlı kimlə danışsam, hamı eyni laqeyid reaksiyanı verir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.

"Onlar Xankəndi haqqında eşidən kimi dərhal bu cavabları verirlər:

1. Hökumətiniz deyir ki, bu, rusların məsuliyyət sahəsidir. Qoy məsələ ilə onlar məşğul olsunlar.

2. Hətta sizin hakimiyyət orqanlarınız belə ordakı vəziyyətə qarışmır.

3. Biz Qarabağ ətrafındakı vəziyyəti sizin ABŞ-dakı səfirinizdən yaxşı bilirik.

4. Görürük ki, sizin dövlətiniz ordakı vəziyyətin tənzimlənməsində xüsusi maraqlı deyil. Bəs siz bizdən nə istəyirsiniz", - o bildirib.

Milli.Az