Canlı yayımda Türkiyə üçün 4 milyon topladılar

10 Fevral 2023 09:14

Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım məqsədiylə müğənni Reynmen, sosial media fenomenleri Cemal Can Canseven, Danla Biliç, Berk Keklik sosial şəbəkədə canlı yayım açıblar.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, onlar yayım zamanı 4 milyon lirə toplayıblar. Əldə olunan gəliri isə "Ahbap" dərnəyinə bağışlayıblar.

Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 17 406-a çatıb.

Milli.Az