Litva Ukraynaya 36 "Bofors L70" verəcək

10 Fevral 2023 07:41

Litva Ukrayna Silahlı Qüvvələrinə (AFU) 36 ədəd "Bofors L70" zenit silahı təhvil verməyə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksiy Reznikov ilə keçirdiyi birgə brifinqdə deyib.

"Biz artıq Ukrayna ərazisində işləməyə hazır olacaq 15 təlimçinin hazırlığını başa çatdırmışıq. Və biz artıq dronlarla uğurla mübarizə apara bilən 36 kompleks təqdim edirik", - deyə nazir bildirib.

A.Reznikov qeyd edib ki, "Bofors L70" operatorlarına deyil, daha sonra Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə Ukraynada təlim keçəcək şəxsləri öyrətmək qərara alındı.

Milli.Az