ÜST-nin rəhbəri Suriyaya gedib

10 Fevral 2023 07:32

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Suriyaya yola düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, bu barədə tvitter səhifəsində paylaşım edib.

"ÜST ölkə (Suriya) miqyasında uzun vaxtdır davam edən fəaliyyətimizə söykənərək, son zəlzələdən zərər çəkmiş ərazilərdə əsas sağlamlıq xidmətlərini dəstəkləyir", - deyə Tedros Adhanom Qebreyesus bildirib.

Milli.Az