Xilasedicilərimiz dağıntılar altından 12 yaşlı qızı çıxardı

10 Fevral 2023 07:14

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Qəhrəmanraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı 12 yaşlı qızı sağ çıxarıb.

Milli.Az bildirir ki, Azərbaycan xilasediciləri şəhər ərazisində yerləşən binaların birinin dağıntıları altında qalmış yeniyetməni çıxararaq aidiyyəti üzrə təhvil verib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Milli.Az