Ronaldo yenə fərqləndi - FOTO

9 Fevral 2023 23:33

"Əl-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasında "Əl-Vəhdə" ilə XVI tur oyununda fərqlənib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, rəqib komandasının qapısına 4 qol vurub.

Bununla da indiyə kimi çıxış etdiyi ölkə çempionatlarında 502-ci qoluna imza atıb.

Milli.Az