“Hara gedəcəyik?”

9 Fevral 2023 23:07

Malatyada baş verən zəlzələnin 87-ci saatında 7 mərtəbəli binanın dağıntıları altından xilas edilən 7 yaşlı Miran Gülün sualı xilasediciləri çətin vəziyyətə salıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, uşağa zərdab vurulduğu vaxt o, ayağa qalxmağa çalışaraq xilasedicilərə, - "Hara gedəcəyik?", - sualını verib.

Xilasedicilər uşağı dərhal təcili yardım maşınına çatdırıblar.

Qeyd edək ki, Miranın anasını və 2 böyük bacısını xilas etmək mümkün olmayıb.

Milli.Az