Trampın feysbuk hesabı bərpa edildi

9 Fevral 2023 23:03

"Meta" korporasiyası ABŞ-nin keçmiş Prezidenti Donald Trampın feysbuk hesabını bərpa edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ABŞ-nin keçmiş Prezidentinin hesabında sonuncu yazı 2021-ci il yanvarın 6-na, Tramp tərəfdarlarının Kapitoliyə basqın etdiyi vaxta təsadüf edir.

Qeyd edək ki, siyasətçinin sosial şəbəkə hesabının bloklanmasının səbəbi də budur.

Milli.Az