Azərbaycan Türkiyədən kimsəsiz uşaq götürə bilər?

9 Fevral 2023 21:31

Türkiyə səfirliyi Azərbaycan vətəndaşlarının zəlzələdə zərərçəkmiş uşaqlara müvəqqəti qoruyucu ailə olmaq üçün müraciət etməsinin mümkünlüyü barədə sorğunu müsbət cavablandırsa da, daha sonra səfirlik əməkdaşı bildirib:

"Türkiyə hüdudlardan kənarda ölkələrdən qoruyucu ailə tələbi ilə bağlı hər hansı təlimat yoxdur".

Daha sonra Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi açıqlama yayıb. Açıqlamada deyilir:

"Uşaqlarımızın ölkə hüdudlarından kənarda qoruyucu ailəyə və ya övladlığa verilməsi heç bir şəkildə müzakirə mövzusu deyil".

Milli.Az