Şuşadakı keçmiş poçt binası əsaslı təmir olunacaq

9 Fevral 2023 17:17

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşa şəhərində yerləşən keçmiş poçt binasının əsaslı təmiri işlərinin satınalınması üzrə açıq tender elan edib.

Tenderdə iştirak etmək istəyən şirkətlər 16 mart 2023-cü il tarixinə kimi hüquqi sənədləri, 3 aprel 2023-cü il tarixinə kimi isə təklifi və təklifin təminatı sənədlərini Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yollaya bilərlər.

Milli.Az