"Mən də 2 yekə torba isti paltar, üst geyimi, ayaqqabı, papaq yığmışam. Sadəcə deyiləndən sonra ki, 2-ci əl paltarlar lazım deyil, artıq yollamağ ürək eləmirəm".
Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial media hesabında yazıb.
Türkiyədəki zəlzələ qurbanlarına yardım etmək istəyən sənətçi daha sonra izləyicilərinə "Görəsən, Suriyaya necə yollaya bilərəm", - deyə, sual ünvanlayıb.
Milli.Az