3 gün sonra xilas edildi, ilk istəyi saqqız oldu - VİDEO

9 Fevral 2023 15:31

Türkiyədə güclü zəlzələdən sonra axtarış-xilasetmə işləri davam etdirilir.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, Adıyaman şəhərində xilasedicilər 7 yaşlı uşağı 70 saat sonra dağıntılar altından sağ olaraq çıxarıb.

Ahmet Erdem adlı uşağın isə xilas edilərkən ilk istəyi saqqız olub. Onun qurtarılmasının görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Milli.Az