Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefonla danışıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə nazir Tvitterdə bildirib.
Danışıq zamanı nazir bir daha Laçın yolundakı etirazçıların haqlı tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb və Azərbaycanın sülh prosesinə sadiqliyini xatırladıb.
Milli.Az