Azərbaycan ədəbiyyatının ən yaxın dostu da ailəsi ilə birgə həlak oldu

9 Fevral 2023 09:37

"İstedadlı gənc yazar, Azərbaycanı ürəkdən sevən, Azərbaycan yazıçılarının əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdıran peşəkar tərcüməçi Abdulkadir Özkan zəlzələdə vəfat edib".

Milli.Az bu barədə "Qafqazinfo"ya istinadən xəbər verir.

Bildirilib ki, Kahramanmaraşda baş verən zəlzələdə Abdulkadir Özkan ailə üzvləri lə birgə həlak olub: "Abdulkadir Özkan Azərbaycan ədəbiyyatının ən yaxın dostu kimi xatirələrdə yaşayacaq".

Milli.Az