Bakıda sığınacağa yerləşdirilmiş 17 yaşlı qız itkin düşüb

9 Fevral 2023 09:33

Bakıda sığınacağa yerləşdirilmiş 17 yaşlı qız itkin düşüb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Quliyeva Lalə fevralın 7-də saat 06:50 radələrində sığınacaqdan xəbərsiz çıxıb gedib və geri qayıtmayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az