Bülənt Ərsoydan milyonluq ianə

9 Fevral 2023 10:03

Türkiyəli müğənni Bülənt Ərsoy da zəlzələdən zərərçəkmiş şəxslərə dəstək üçün yardım kampaniyasına qoşulub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi təbii fəlakətdən əziyyət çəkən şəxslər üçün 1 milyon lirə ianə edib. Ərsoy bununla yanaşı, zəlzələ bölgəsinə 5 inşaat maşını da göndərib.

Qeyd edək ki, zəlzələ nəticəsində 9057 nəfər həlak olub.

Milli.Az