“Bizim köhnə binalar sökülməsin”

9 Fevral 2023 09:19

Əməkdar artist Sevda Ələkbərzadə köhnə binaların sökülməyini istəmir.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi feysbukda məlumat paylaşıb. İfaçı köhnə tikililərin yenilərdən dözümlü olduğunu vurğulayıb:

"Məncə, bizim köhnə binalar heç sökülməsin. Yenə sığınacaq bir yer var. Daşı daş, sementi sement, divarın qalınlığına söz ola bilməz, bünövrəsi bünövrə. İllərlə tikilən binalar, bir günə yox...".

Milli.Az