G7 bu ölkələrə qarşı sanksiyaları müzakirə edir

9 Fevral 2023 08:52

G7 ölkələri Çin, İran və Şimali Koreya şirkətlərinə qarşı sanksiyaları nəzərdən keçirir.

Milli.Az axar.az-a istinadən bildirir ki, G7 ölkələri Rusiyanı hərbi texnologiya ilə təchiz edən Çin, İran və Şimali Koreya şirkətlərinə qarşı sanksiyaların tətbiq edilib-edilməməsini müzakirə edirlər.

Həmçinin qeyd olunur ki, Böyük Britaniya hökuməti Prezident Vladimir Zelenskinin Londona gözlənilməz səfəri ilə əlaqədar Ukraynaya döyüş təyyarələrinin göndərilməsinin imkanlarını qiymətləndirir.

Milli.Az