Türk xalqı bunun öhdəsindən gələcək - Zurabişvili

9 Fevral 2023 08:42

Türkiyə və onun xalqı güclü zəlzələlərin ağır nəticələrinin öhdəsindən layiqincə gələ biləcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili Türkiyənin Tiflisdəki səfirliyində açılan başsağlığı kitabında yazıb.

"Mən qəti şəkildə inanıram ki, Türkiyə və onun xalqı bu fəlakətin ağır nəticələrinin öhdəsindən layiqincə gələcək, birgə səylər və beynəlxalq ictimaiyyətin dəstəyi ilə bu böyük faciənin vurduğu yaraları sağalda biləcək", - Zurabişvili qeyd edib.

Gürcüstan prezidenti bir daha Türkiyəyə başsağlığı verib.

Milli.Az