Almaniya Ukraynaya 2 "Leopard" tankı verdi

9 Fevral 2023 08:58

Almaniya Ukraynaya 2 "Leopard" tankı və 5 zirehli maşın göndərib.

Bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Almaniya iki zenit özüyeriyən silah da təhvil verib.
Beləliklə, ümumilikdə, münaqişə başlayandan bəri Berlin Kiyev üçün 32 özüyeriyən silah və 6 min sursat göndərib.

Milli.Az