Şamaxıda evdə yanğın baş verib

9 Fevral 2023 09:00

Şamaxı şəhərində ümumi sahəsi 81 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az