Qanuni oğru Lavasoğlu Batumski həbs edildi

8 Fevral 2023 23:00

Albaniya polisi gürcü qanuni oğru, 42 yaşlı "Lavasoğlu Batumski" ləqəbli Mindiya Qoradzeni həbs edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Praym Kraym" məlumat yayıb.

O, Gürcüstanda və digər ölkələrdə cinayətkar qruplaşmanın rəhbəri kimi axtarışda idi.

Onun Gürcüstana ekstradisiya məsələsinin müzakirə edildiyi bildirilir.

Milli.Az