Bakıya güclü qar bu saatdan yağmağa başlayacaq - 2° ŞAXTA

8 Fevral 2023 21:10

Fevral ayının 9-u səhər saatlarından Bakıya qar yağacağı gözlənilir.

Milli.Az gundem.az-a istinadən xəbər verir ki, hava proqnozu tətbiqlərində Bakıya qarın səhər saat 07 radələrindən etibarən yağmağa başlayacağı qeyd olunur.

Gecə və səhər saatlarında havanın temperaturun 0 və 2 dərəcə şaxta təşkil edəcəyi bildirilir.

Qarın gün ərzində yağacağı, saat 14:00 və 15:00-da xüsusi ilə şiddətlənəcəyi vurğulanır.

Milli.Az