Valideynləri və qardaşı ölən qız dağıntılar altından çıxmaq istəmədi - VİDEO

8 Fevral 2023 17:39

Türkiyənin Hatay şəhərində dağıntılar altında 5 nəfərlik suriyalı ailənin sağlamlıq imkanları məhdud olan qızı tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İstanbul Esenyurt Bələdiyyəsinin axtarış-xilasetmə qrupları 16 yaşlı Fatma adlı qıza 54 saat sonra çatıb.

Lakin o, əvvəlcə çıxarılmasını istəməyib. "Gəlməyəcəyəm, yatacağam", - deyə qız bildirib.

Sağlam olaraq dağıntılar altından çıxarılan qız təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Lakin atası, anası və bir qardaşının öldüyü məlum olub.

Milli.Az