Heyvan yemləri gömrük rüsumundan azad edildi

8 Fevral 2023 17:17

Bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr gömrük rüsumundan azad edilib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin 2023-cü il 7 fevral tarixli 40 nömrəli Qərarı ilə xarici iqtisadi fəaliyyətin kodlarına uyğun olaraq bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr 2023-cü ilin sonunadək idxal gömrük rüsumundan azad edilmişdir.

Milli.Az