Oktay Kaynarca üsyan etdi: Bir məmləkət bu qədər sınanar?

8 Fevral 2023 16:20

Məşhur aktyor, Oktay Kaynarca sosial media hesabında paylaşım edərək, zəlzələdə zərərçəkmişlərə dəstəyini, ürək ağrılarını ifadə edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  aktyor üsyan dolu paylaşımında yazıb:

"Bir məmləkət bu qədər sınanarmı, bir xalq bu qədər əziyyət çəkərmi? Bir xalq bu qədər çarəsizliklə baş-başa qalarmı, bir coğrafiyanın insanlarına bu qədər əvəz ödədilərmi? Biz yorulduq, amma tükənmədik. Tükənməyə vaxtımız yoxdur. Bir az daha güclən, gözəl ürəyindən öpdüyüm xalqım"

Milli.Az