Zəlzələ bölgəsindəkilərin ən çox buna ehtiyacı var - FOTO

8 Fevral 2023 14:55

Zəlzələ bölgəsindəkilərin ən çox ehtiyacı olan əşyalar ədyal, uşaqlar üçün süd şüşəsi, uşaq bezi və əmzikdir.

Milli.Az bildirir ki, bu barədə Türkiyə vətəndaşları sosial şəbəkələrdə paylaşım edərək ən çox bunların çatışmazlıqlarını bildiriblər.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 7 mindən çox insan ölüb, 41 minə yaxın yaralı var.

Milli.Az