Serj Sarkisyan Ohanyanın işi ilə bağlı istintaqa ifadə verib

8 Fevral 2023 13:47

Ermənistanın eks-prezidenti Serj Sarkisyan keçmiş müdafiə naziri, "Ermənistan" blokunun fraksiya lideri Seyran Ohanyanın mənimsəmədə ittiham olunduğu iş üzrə istintaqa ifadə verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş prokuror Anna Vardapetyan parlamentdə çıxışında bildirib.

"Bu iş çərçivəsində üçüncü prezident ifadə verib", - prokuror deyib.

Anna Vardapetyan Seyran Ohanyanın qanun pozuntularına yol verməsi zaman birbaşa Serj Sarkisyanın göstərişi ilə hərəkət etməsinin sübut olunmadığını qeyd edib.

Milli.Az