Laçının Zabux kəndində evdən 3 qumbara tapıldı - FOTO

8 Fevral 2023 13:30

Laçın rayonunun Zabux kəndində evdən qumbara tapılıb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, kənddə yenidənqurma işləri aparılarkən evlərin birindən 3 əl qumbarası aşkarlanıb.

Əl qumbaraları aidiyyəti üzrə təhvil verilib.

Milli.Az