Bu universitetdə maaşlar artırıldı

8 Fevral 2023 10:32

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində maaşlar artırıldı.

Bu barədə Trend-ə universitetdən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudovanın göstərişiylə əməkhaqları artırılıb.

Bu barədə qərar fevralın 6-sı Elmi Şuranın iclasında təsdiq olunub. Qərara əsasən, ADMİU-nun əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması və əməyinin stimullaşdırılması məqsədilə ştat cədvəli üzrə aylıq vəzifə maaşları martın 1-dən etibarən 15 faiz artırılır.

İclasda Elmi şura üzvlərinin təklifi ilə onların ilk maaş artımı YAŞAT Fonduna ianə ediləcək.

Milli.Az