Kürün daşması nəticəsində bağlanmış Qazıməmməd-Bəhramtəpə yolu açıldı

14 May 2010 11:50
APA-nın xəbərinə görə, yol bu gün səhər saatlarından açılıb. Hələlik həmin yolda yalnız iri tutumlu maşınların hərəkətinə icazə verilir.

Qeyd edək ki, yol mayın 7-də Şirvan şəhərinin Bayramlı qəsəbəsində Kürün bəndi yarması nəticəsində bağlanmışdı.

/APA/