Xəbər verdiyimiz kimi, fevralın 6-sı Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ olub.
Milli.Az xəbər verir ki, Agence France-Presse (AFP) beynəlxalq xəbər agentliyinin fotoqrafı Adem Altan həmin ərazidə Məsud Hancer adlı atanın izahı mümkün olmayan kədər və çarəsizliyini lentə alıb.
Fotolarda atanın dağıntılar altında qalaraq dünyasını dəyişən 15 yaşlı qızının əlini bir an belə olsa buraxmadığı əks olunur.
Milli.Az