Cahangir Novruzov zəlzələ bölgəsində çətin vəziyyətdə qalıb? - Açıqlama

8 Fevral 2023 09:14

Sosial şəbəkələrdə bəzi istifadəçilər Türkiyədə yaşayan Xalq artisti Cahangir Novruzovun ailəsinin də zəlzələdən əziyyət çəkərək, acınacaqlı halda olduğunu bildirib.

Milli.Az xəbər verir ki, mövzu barədə olay-a danışan Əməkdar incəsənət xadimi Məlahət Abbasova yazılanları təkzib edib.

Aktrisa Novruzovun ailəsi ilə birgə Adanada olduğunu qeyd edib:

"Cahangir Novruzov Adanadadır. Yox, yox, zərər çəkməyib. Yalan xəbərdir. Çünki onların binasına heç bir şey olmayıb. Sadəcə bir həftə, 10 gün kimi başqa dostlarının yanında qalacaqlar. Özü mənə elə dedi. Çünki binalara girməyə icazə verilmir. Zəlzələlər davam edir. 3 ay da Türkiyədə fəlakət bölgələrində fövqəladə hal elan edilib. Hər kəs kimi mən də gözləyirəm, görək necə olacaq?".

Abbasova zəlzələnin baş verdiyi ərazidən uzaqda yaşadıqlarını bildirib:

"Mən o bölgələrə yaxın deyiləm. Amma acısı hər birimizin içini yandırır o başqa məsələ. Orada tanıdıqlarım var idi. Çox sevdiyim, yaxın olduğum aktrisa Ezgi Sümer Yolcunun qardaşları dağıntılar altında qalmışdı. Şükürlər olsun, yeni xəbər aldım ki, yaxşıdır".

Milli.Az