Acun İlıcalı zəlzələdən zərər çəkmiş bölgələrə 100 yük maşını göndərəcək - FOTO

8 Fevral 2023 09:07

Türkiyənin tanınmış prodüseri və iş adamı Acun İlıcalı zəlzələdən zərər çəkmiş ərazilərə yardım edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu hazırda aktiv yardım kampaniyası aparan məşhur sənətçi Haluk Levent bildirib.

"Əziz Acun İlıcalı sabahdan bölgəyə 100 yük maşını "Ahbapsu" göndərəcək.

Bundan əlavə, o, 5 milyon məhsul dəstəyi və alacağımız konteynerlərin içini əşyalarla doldurmağı vəd edib", - Levent sosial şəbəkədə yazıb.

Milli.Az