Pakistanda “Wikipedia” qadağası ləğv edildi

8 Fevral 2023 19:11

Pakistanda "Wikipedia" onlayn ensiklopediyasına giriş qadağası aradan qaldırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif müvafiq göstəriş verib.

Qeyd edək ki, fevralın 4-dən etibarən Pakistanda "Wikipedia"ya giriş bloklanıb. Buna səbəb "Wikipedia"da dinə aid əxlaqsız məzmunlu informasiyanın yerləşdirilməsi olub. Lakin Pakistan Telekommunikasiya İdarəsi konkret hansı məzmunlu informasiyadan söhbət getdiyini də açıqlamayıb.

Milli.Az