Rusiya nüvə texnologiyasını İrana ötürür? - Qrossi

8 Fevral 2023 08:52

Rusiyadan nüvə təcrübəsinin İrana ötürülməsi mümkün deyil, çünki Moskvanın belə bir addım atması ehtimalı azdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu MAQATE rəhbəri Rafael Qrossi deyib.

"Rusiya nüvə silahının yayılmaması müqaviləsinin tərəfidir və onun bu qədər kobud şəkildə onu poza biləcəyini təsəvvür edə bilmirəm", - deyə Qrossi bildirib.

MAQATE rəhbərinin sözlərinə görə, belə bir ssenari baş verməyəcək.

Milli.Az