Ukrayna məğlub olacaq, ardınca qırğın başlayacaq

8 Fevral 2023 08:35

Ukrayna Rusiya ilə müharibədə məğlub olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin veteranı Noktis Dreyven deyib.

"Rusiya Ukraynanı işğal edəcək, şübhə etməyin, bununla da məsələ bitəcək. Amma Qərb bunu belə qoymayacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, Rusiyanın qələbəsindən sonra Qərb Moskva və Vaşinqton müharibəsinə köklənmiş təbliğatın eskalasiyasını gözləyir.

O qeyd edib ki, bu ssenari kütləvi qırğına gətirib çıxaracaq.

Milli.Az