Ukrayna Rusiya ərazisinə zərbə endirməyəcək!

8 Fevral 2023 08:30

Ukrayna Qərbin verdiyi silahlarla Rusiya ərazisinə zərbə endirməyəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Tvitter səhifəsində yazıb.

"Partnyorlarımız üçün əsas məsələlər barədə... Ukrayna Rusiya ərazisinə zərbə endirməyəcək. Müttəfiqlərin göndərdiyi silahlar müdafiə, ərazilərin azad edilməsi və düşmən anbarlarının məhv edilməsi üçün istifadə ediləcək", - deyə o bildirib.

Milli.Az